“Biz heç nəyi unutmadıq. 2022-ci ilin noyabrında Tunisdə keçirilən Frankofoniya sammitində Moldovanın Rumıniya və Albaniya ilə birgə Fransanın Azərbaycan əleyhinə qətnaməsinin qəbuluna imkan vermədi. Moldovada da gözəl bilirlər ki, o ölkənin torpaq bütünlüyü məsələsində Azərbaycan həmişə öz prinsipial mövqeyi ilə fərqlənib”.
Bunu Hafta.az-a deputat Sahib Alıyev Azərbaycan Prezidentinin “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak üçün Danimarkada işgüzar səfəri və orada Moldova Prezidenti Maya Sandu ilə görüşünə diqqət çəkərkən bildirib.
S.Alıyev Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi orada gedən proseslərin separatizm ocağının söndürülməsi ilə nəticələnəcəyinə ümid etdiyini deyib. Eyni zamanda qeyd edib ki, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında Prezident İlham Əliyevin eyni məqsədlə ora gələn Moldova Prezidenti Maya Sandu ilə görüşərkən ölkəsində sentyabrın 28-də keçirilən parlament seçkisində partiyasının qələbə qazanmasıyla bağlı onu təbrik edib. Onun fikrincə, bu təkcə diplomatik etiket deyildi, həm də nəticədən açıq məmnunluq və dəstəyin sərgilənməsiir.
“Görüşün üzərində işğaldan qurtarılmış Kəlbəcərin isti suyu, eyni zamanda sirab və badamlı olan masa araxasında keçirilməsinin də rəmzi mənası var. Xanım Sandunun cənab Prezidentə enerjiyə ehtiyac duyduqları zaman Azərbaycanın etdiyi köməyi yüksək qiymətləndirdiklərini bildirməsi isə ölkəsində keçirilən parlament seçkisində arzuolunmaz mənzərənin yaranmamasında dövlətimizin də müəyyən rol oynadığını göstərmək idi”- deputat əlavə edib.